Bakıda ahıl kişini maşın vurdu - FOTO

Firudin Babayev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Bakıda ahıl kişini minik avtomobili vurub. AzBaku.info "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Belə ki, Həsən Əliyev küçəsində 1952-ci il təvəllüdlü Babayev Firuddin Nurəddin oğlu yolu keçmək istəyərkən onu 90-FE-557 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili vurub. Sürücü yaralını öz avtomobili ilə xəstəxanaya çatdırıb. F.Babayev 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
 Bakıda ahıl kişini maşın vurdu - FOTO
 Bakıda ahıl kişini maşın vurdu - FOTO