Bakıda binanın mansardında tikilən əlavə balkon söküldü - VİDEO


Bakı şəhərində binanın mansardına əlavə balkon inşa edilib. 
Balkon Səbail rayonunda yerləşən çoxmərtəbəli binaların birində artırılıb. 
Səbail Rayon İcra Hakimiyyətindən Bakı şəhərində binanın mansardına əlavə balkonun inşa edilməsi ilə bağlı yayılan görüntülərlə bağlı bildirilib ki, sözügedən məsələ ilə əlaqədar araşdırma aparılıb:
“Tərəfimizdən aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. Araşdırmanın nəticəsi olaraq qeyd etmək istəyirik ki, çoxmənzilli yaşayış binasına olunan dəyişiklik uzun illər bundan öncə edilib”.
Əraziyə Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Vüqar Şıxəmmədov və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən edilmiş müraciətə əsasən, binaya əlavə edilmiş tikilinin aidiyyəti dövlət qurumları tərəfindən söküntüsünə başlanılıb.
Hazırda mansardda tikilən balkonun sökülməsi üçün müvafiq tədbirlər görülür. (oxu.az)