Ermənistan-Türkiyə sərhədindəki körpü yoxlanılmalıdır - Nazirlik


Ermənistan-Türkiyə sərhədindəki körpü yoxlanılmalıdır - Nazirlik


Ermənistanın Ərazi-İdarəetmə Nazirliyi Türkiyə ilə sərhəddəki körpüsünün vəziyyəti barədə açıqlama yayıb.
 
Nazirlikdən bildirilib ki, körpünün yoxlanılmasına ehtiyac var və hələlik onun vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.
 
Bundan əvvəl “Joğovurd” nəşri Ermənistan-Türkiyə işçi qrupunun bölgədə keçirilən iclasdan sonra sərhəd körpüsündən texniki nümunələr götürüldüyü barədə məlumat yaymışdı.
 
Qeyd edək ki, bir neçə gün öncə Ermənistan Türkiyədəki zəlzələdən zərər çəkənlərə bu körpü vasitəsilə humanitar yardım göndərmişdi.