Ziya Şengül vəfat etdi

Türkiyənin “Fənərbaxça” klubunun və milli komandanın əfsanəvi adlarından olan Ziya Şengül 79 yaşında dünyasını dəyişib.
Bu haqda Türkiyə İdman Yazarları Dərnəyi açıqlama verib.
“Ziya Kaptan” ləqəbi ilə tanınan və 1964-1975-ci illər arasında “Fənərbaxça” formasını geyinən əfsanəvi ad 5 liqa, 2 Türkiyə kuboku və 3 Prezident kuboku qazanıb.
Futbolçu 21 dəfə oynadığı milli komandanın oyunlarından 17-nə kapitanlıq edib.
1979-1980-cı illərdə “Fənərbaxça”da məşqçi olaraq çalışaraq, Türkiyə İdman Yazarları Dərnəyi Kubokunu və Baş Nazirlik Kubokunu qazanmağı bacarıb.