Məzunlar arasında 600-700 bal toplayanların 54 faizə yaxınını qızlar təşkil edir
2021-ci illə müqayisədə məktəblərdə təhsil alan şagirdlərin cins bölgüsündə 1 faiz də olsa irəliləyişi görə bilirik.
AzBaku.org xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
O bildirib ki, məzunlar arasında 600-700 bal toplayanların 53,7 faizini qızlar təşkil edir.