Hədə qorxu ilə pul tələb edən şəxs saxlanılıb


Bakıda hədə qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xitmətindən AzBaku.org verilən xəbərə görə, noyabrın 8-də paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.