Azərbaycan səfiri Türkiyənin təhsil naziri ilə görüşüb



Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin milli təhsil naziri Yusuf Tekinlə görüşüb.

AzBaku.org xəbər verir ki,  APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş çərçivəsində Azərbaycan ilə Türkiyə arasında çoxşaxəli və inkişaf etmiş təhsil əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb.

 


 
 
Tural Əsədi