Vətən müharibəsi bitəndən bu günə qədər 337 nəfər mina qurbanı olub
10 noyabr 2020-ci il tarixindən bu günə kimi 337 nəfər müharibənin partlayıcı qalıqlarının qurbanı olub.
AzBaku.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans zamanı deyib.
O bildirib ki, nəticədə 65 nəfər həyatını itirib, 272 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.