Yaxın günlərdə Avropa İttifaqı 2023-cü il proqramı çərçivəsində Ukraynaya 1,5 milyard avro yardım ayıracaq.
Azbaku.org TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
“Yaxın günlərdə biz 1,5 milyard avronu mövcud makro-maliyyə yardım proqramı çərçivəsində Ukraynaya köçürəcəyik”, - o deyib.