Sabah üç rayonda qaz olmayacaq


Sabah Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Azbaku.org xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, “Ağdam-Hindarx-Ağcabədi” avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar “Qaz İxrac” İdarəsinə məxsus “Bərdə-Ağcabədi” magistral qaz kəmərinin yenidən qurulmuş yeni çəkilmiş sistemə birləşdirilməsi ilə bağlı dekabrın 26-da saat 08:00-dan etibarən işlər başa çatanadək “Ağcabədi” Qaz Paylayıcı Stansiyadan (QPS) və həmin gün saat 09:00-dan etibarən isə işlər başa çatanadək “Beyləqan”, “Allahyarlı”, “Əhmədbəyli”, “Horadiz” QPS-lərdən, “Azaqrotaxıl” MMC və “Füzuli-Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.