Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alan var


Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alan var.

Azbaku.org-nin məlumatına görə, hadisə Zaqatala-Yuxarı Çardaqlar avtomobil yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Hikmət Davudovun idarə etdiyi Mersedes markalı 77 GR 938 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolunun kənarındakı ağaca çırpılıb. Daha sonra avtomobil daş hasara çırpılıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan H. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alan varZaqatalada maşın ağaca çırpılıb, xəsarət alan varZaqatalada maşın ağaca çırpılıb, xəsarət alan varZaqatalada maşın ağaca çırpılıb, xəsarət alan var