Azərbaycan şirkəti ilə Türkiyə holdinqi anlaşma memorandumu imzalayıb - FOTO


“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gürok Group”  şirkətlər qrupu arasında memorandum imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.
O bildirib ki, ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə Azərbaycanda şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan “Gürok Group” şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.