Şahramanyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb - YENİLƏNİB
Özünü buraxmış Qarabağ separatçılarının keçmiş "rəhbər"i Samvel Şahramanyan əvvəllər Qarabağda baş vermiş oğurluq işi üzrə şahid qismində dindirilmək üçün yenidən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
O, jurnalistlərlə söhbətində qeyd edib ki, günahkarlar varsa, onlar cəzalandırılmalıdır. Şahramanyanın sözlərinə görə, hələ ötən ilin noyabrında Ermənistanın baş prokuroruna məktub göndərərək ondan bu məsələyə baxmağı xahiş edib.
Söhbət sosial şəbəkələrdə vəsaitlərin yoxa çıxması və avtomobillərin oğurlanması ilə bağlı dərc olunan yazılardan gedir.
Özünü buraxmış Qarabağ separatçılarının keçmiş "rəhbər"i Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsinə çağırılıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyanın jurnalistlərə məlumat verib.
Məlumata görə, söhbət pulların yoxa çıxması və avtomobillərin oğurlanması ilə bağlı mətbuatda dərc olunan xəbərlərlə bağlıdır.
Qeyd olunub ki, Şahramanyana qarşı heç bir şübhə yoxdur, o, yalnız bu nəşrlər barədə məlumat verib.