Paris İrəvana yer-hava müdafiə sistemləri və zirehli texnika verəcək


Fransa İrəvana kömək etmək üçün məsuliyyət daşıyır.
 
Modern.az-a istinadla xəbər veririk ki, bunu Fransanın müdafiə naziri Sebastian Lekornu RTI radiostansiyasının efirində deyib.

O əlavə edib ki, Paris həmçinin İrəvanın müdafiə potensialını artırmaq üçün məsuliyyət daşıyır.
 
"Xüsusilə, söhbət yer-hava müdafiə sistemlərindən və zirehli texnikadan gedir", - nazir bildirib.