Valensiyada yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb


Valensiyada yaşayış kompleksində baş verən yanğın nəticəsində həlak olanların sayı 10 nəfərə, yaralananların sayı isə 14 nəfərə çatıb.
Euronews telekanalına istinadla xəbər veririk ki, hakimiyyət orqanları yanğının şiddətlənməsinə binanın tezalışan poliuretan üzlüyünün səbəb olduğunu bildiriblər.
Hadisə yerinə gələn Baş nazir Pedro Sançes yanğınsöndürənlərə və yanğının söndürülməsində əməyi keçən hərbçilərə təşəkkür edib. O, həmçinin zərərçəkənlərə hər cür dəstək göstəriləcəyinə vəd verib.
Valensiya regional hökuməti hadisə ilə əlaqədar üçgünlük matəm elan edib.