Azərbaycan basketbol millisi seçmə mərhələdə ikinci oyununu keçirəcək


Bu gün basketbol üzrə Azərbaycan millisi 2027-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Tahir Baxşıyevin başçılıq etdiyi yığma doğma meydanda Kosovonu sınağa çəkəcək.
"Sərhədçi" İdman Mərkəzində oynanılacaq görüş saat 14:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki ilk oyununda səfərdə İsveçrəyə uduzub.