"Alibaba Group" Azərbaycan bazarının tələbatını təhlil etməyi planlaşdırır


"Alibaba Group" Azərbaycan bazarının tələbatını təhlil etmək üçün öz təcrübəsindən və resurslarından istifadə etməyi, eləcə də yerli satıcılara B2B tərəfdaşlar şəbəkəsinə çıxışı təmin etməyi planlaşdırır.
Bu barədə "Alibaba Group"un Qlobal Strateji Tərəfdaşlığının rəhbəri Tim Sonq deyib.
“Azərbaycanın unikal potensialı var və məqsədimiz unikal məhsul və xidmətlərlə beynəlxalq arenada seçilməkdə kömək etməkdir. Şirkət yarandığı gündən kiçik və orta biznesin qlobal bazara çıxmaq səylərini daim dəstəklənməyə çalışıb”, - deyə Tim Sonq əlavə edib.