Cinayətkar qruplaşmaya qarşı əməliyyat - 7-si öldürüldü


Rio-de-Janeyro şəhərində “Qırmızı komanda” cinayətkar qruplaşmasına qarşı əməliyyat keçirilib.
 
Modern.az xəbər verir ki, şəhərin bir neçə bölgəsində qrup üzvləri barrikadalar qurib, küçələrə yandırıcı maddə tökərək polisin hərəkətinə mane olmağa çalışıblar.
Qrup üzvləri ilə atışma nəticəsində 2 polis əməkdaşı yaralanıb, 7 şübhəli öldürülüb.
 
Daha 2 nəfər həbs edilib. Mütəşəkkil cinayətkar dəstə üzvlərindən tüfənglər, tapançalar, radiovericilər, döyüş sursatları və narkotik vasitələr götürülüb.