Türkiyə Kuboku: “Fatih Karagümrük” “Qalatasaray”a qalib gələrək yarımfinala yüksəlib


Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Fatih Karagümrük"lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 6-cı dəqiqədə Markos Vinisius Amaral Alves açıb. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Rian Mendes müəyyənləşdirib.
"Fatih Karagümrük" növbəti mərhələdə "Trabzonspor"la, "Beşiktaş" isə "Ankaragücü" ilə qarşılaşacaq.