Göygöldə ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər yaralanıb


Göygöldə bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir, rayonun Üçtəpə kəndi ərazisində hərəkətdə olan "BMW X5" ilə "VAZ 2106" markalı minik maşınları toqquşub. Qəza zamanı "BMW X5"in sürücüsü, 26 yaşlı Cavid Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb.
26 yaşlı Ruslan Rüstəmov, 22 yaşlı İdris Orucov və 22 yaşlı Ələkbər Orucov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Ruslan Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.