Azərbaycan boksçularının Dünya Olimpiya Təsnifat Turnirindəki rəqibləri bəlli olub



İtaliyanın Busto Arsizio şəhərində keçiriləcək boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinin püşkü atılıb.
Boks Federasiyasından  verilən məlumata görə, püşkə əsasən Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.
Bu gün start götürəcək yarışın birinci günündə yığmanın heyətində Nicat Hüseynov (51 kiloqram) mübarizəyə qoşulacaq. İkiqat Avropa çempionumuz Deepak Deepakı (Hindistan) sınağa çəkəcək.
Martın 12-dək “E-Work Arena”da keçiriləcək yarışda 113 ölkədən 602 boksçu “Paris-2024” Yay Olimpiya Oyunlarına 49 (28 kişi, 21 qadın) lisenziya uğrunda gücünü yoxlayacaq. Kişi idmançılarda 7, qadınlarda 4 çəki dərəcəsində yarımfinalçılar Olimpiadaya vəsiqə əldə edəcək. Qadın boksçularda 57 kiloqramda finalçılar, 60 kiloqramda isə ilk 3 yerin sahibi "Paris-2024"də iştirakını rəsmiləşdirəcək.
1/32 final
3 mart
Nicat Hüseynov (51 kiloqram) – Deepak Deepak (Hindistan)
4 mart
Ümid Rüstəmov (57 kiloqram) – Navvaf Alzahmi (BƏƏ)
Zeynəb Rəhimova (54 kiloqram) – Fatma Zohra Hadjala (Əlcəzair)
5 mart
Tayfur Əliyev (63,5 kiloqram) – Matias Amaya Lusiano (Argentina)
Sərxan Əliyev (71 kiloqram) – Elabidine Amrouq Zine (Mərakeş)
6 mart
Alfonso Dominqes (92 kiloqram) – Yan Zak (İsrail)
Şəhla Allahverdiyeva (66 kiloqram – Nqoc Mai Hoanq (Vyetnam)
1/16 final
7 mart
Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kiloqram) – Preedakamon Tintabthhai (Tailand)
8 mart
Marjona Savriyeva (50 kiloqram) – Meylin Çala Susan (Ekvador).
Qeyd edək ki, yığmanın heyətində artıq Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024”ə lisenziya qazanıblar.