Belqrad Şəhər Assambleyasına yeni seçkilər keçiriləcək
Belqrad Şəhər Assambleyasına yenidən seçkilər keçiriləcək.
Bunu Belqrad meri vəzifəsini icra edən Aleksandar Sapiç deyib.
“Biz Belqradda yeni seçkilər keçirmək qərarına gəldik”, - deyə o bildirib.
Xatırladaq ki, ötən il dekabrın 17-də Serbiyada növbədənkənar parlament seçkiləri ilə yanaşı, Belqrad Şəhər Assambleyasına yerli seçkilər keçirilib. Parlament seçkilərində Serbiya Prezidenti Aleksandar Vuçiçin sədri olduğu Serb Tərəqqi Partiyasının liderliyi ilə qurulan “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyası inamlı qələbə qazanıb.
Belqrad Şəhər Assambleyasına keçirilən yerli seçkilərdə isə hakim partiya səslərin 39 faizini toplaya bilib. Lakin seçkidən sonra, eləcə də müxtəlif vaxtlarda Belqradın mərkəzində iğtişaşlar baş verib, müxalifət seçkilərin yenidən keçirilməsini tələb edib.