Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb


Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya təsnifat turnirində ikinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, 71 kiloqram çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı onaltıdabir finalda Aleksandr Trofimçuku (Litva) məğlub edib. S.Əliyev rəqibinə 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin altıncı günündə Azərbaycan millisinin 3 boksçusu rinqə çıxacaq.