Ukrayna iyul ayında F-16 ala bilər, ancaq bir neçəsini.
Modern.az xəbər verir ki, bu barədə "New York Times" yazıb.
Nəşrin məlumatına görə, qırıcılar hazırdır və pilot təlimatçılar Rumıniyada ukraynalı pilotlara F-16 döyüş təyyarələrini idarə etməyi öyrətmək üçün yaradılmış yeni təlim mərkəzində gözləyirlər.
Qeyd olunur ki, ukraynalı pilotlar hazırlaşır. 12 pilot - tam eskadrilyadan az - Danimarka, Britaniya və ABŞ-da 10 aylıq təlim keçdikdən sonra bu yay F-16 döyüş missiyalarını yerinə yetirməyə hazır olmalıdır.