Müəyyən qiymətdən aşağı maşınların da gətirilməsini qadağan etməliyik - Deputat
10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı qərar qəbul edilib. Amma bisnesmenlər buna da çarə tapıb. Onları qəzalı vəziyyətdə maşınları gətirirlər. Sonra onu satışa buraxırlar”.
Modern.az xəbər verir ki, bunu deputat Elşən Musayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.
“Biz qanunla yaşı 10 ildən yuxarı və yaxud müəyyən qiymətdən aşağı maşınların girişini qadağan etməliyik. Çünki bizim qəbul etdiyimiz qanun hələ ki öz töhfəsini verməyib”,- deyə o bildirib.