
Rakif Əzizov boyukmillet.com-a açıqlama verərək oğlunun qanunsuz həbsdən azad olunmasına inandığını və bu məsələyə yaxından göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. Rakif Əzizov oğlunun həbsdə olduğu müddət ərzində Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov başda olmaqla ittifaqın rəhbərliyinin onlara yaxından dəstək göstərdiyini qeyd etdi. Rauf Əzizovun günahsız olması ilə bağlı ölkə rəhbərliyinin və ictimaiyyətin məlumatlandırılmasında və oğlunun azadlığa buraxılmasında yaxından göstərdiyi dəstəyə görə RAİ prezidenti tanınmış iş adamı Fizuli Məmmədova xüsusi təşəkkürünü bildirdi. Diaspor rəhbəri eyni zamanda Azərbaycan mediasını da yaddan çıxartmayaraq, dəstəyə görə onlara da öz minnətdarlığını çatdırdı. Rakif Əzizov açıqlamasının sonunda Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideyalarının bundan sonra da təbliğində yaxından fəaliyyətini davam etdirəcəyini bəyan etdi.








