HAMAS girovların “hamının hamıya” prinsipi əsasında azad edilməsinə hazırdır
HAMAS bir aya yaxındır saxladığı bütün girovların “tam kompromis” (“hamının hamıya”) prinsipi əsasında azad edilməsinə hazırdır.
AzBaku.org xəbər verir ki, bunu ABŞ-ın NBC News telekanalına açıqlamasında HAMAS-ın Siyasi Bürosunun üzvü Qazi Həməd deyib.
Bununla belə, o İsrailin bunun qarşılığında öz həbsxanalarındakı bütün məhbusların azad edilməsini rədd edəcəyinə əmin olduğunu bildirib.
“Biz bu insanların evlərinə getmələrini istəyirik. Biz həmçinin, öz girovlarımızın evlərinə qayıtmalarını istəyirik. Ona görə də, mən düşünürəm ki, biz hərbi və ya mülki bütün girovları qəbul etmək üçün indi tam kompromisə, tam razılaşmaya hazırıq”, - Həməd deyib.
Qeyd edək ki, BMT-nin iyulda dərc etdiyi hesabatına əsasən, İsrail 160-ı uşaqlar olmaqla 5000 fələstinlini girov saxlayır. Hesabata görə, bunlardan 1100-ü heç bir məhkəməsiz və ya ittihamsız saxlanılıb.