İtkin hərbçilərin qarşı tərəfə verilməsi barədə razılaşma var - Paşinyan


"Bakı ilə razılaşma var ki, bütün itkin hərbi qulluqçular tərəflərə təhvil verilsin".
 
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycan hərbçisinin qaytarılması ilə bağlı danışarkən deyib.
 
O qeyd edib ki, Azərbaycan tərəfi ilə son müzakirələr zamanı belə hallar baş verərsə, hərbçilərin qarşı tərəfə qaytarılması barədə razılıq əldə olunub.
 
"Pənahovla bağlı məsələ birinci olub", - Ermənistanın baş naziri qeyd edib.