Baş icraçı direktor: Qlobal Bakı Forumunda müzakirələr zamanı elmə də yer ayırmalıyıq
Pandemiyanın yaratdığı yeni mühit süni intellektin genişlənməsinə yol açdı. Bu da iş yerlərinin dayanıqlılığına təsir göstərdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Elm Şurasının baş icraçı direktoru Salvatore Ariko XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal çağırışlara qarşı davamlılığı artırmaq: Qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə baxış” mövzusunda panel iclasında deyib.
Bu vacib Forumun təşkilinə görə təşəkkürünü ifadə edən Salvatore Ariko, həmçinin bildirib: “Qlobal Bakı Forumunda müzakirələr zamanı biz siyasi müstəvidə fikir mübadiləsi apardıqda elmə də yer verməliyik. Mövcud problemlər hər bir ölkənin qarşısında dayanır. Biz həmin məsələlərin həlli baxımından elmə daha çox söykənməliyik. Bu da özlüyündə bir diplomatiyadır və lazımi dəyişikliklərə təkan verir”.