Dani Alves müvəqqəti olaraq həbsdən buraxıla bilər



Ötən ilin yanvar ayında həbs olunan Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun keçmiş futbolçusu Dani Alves müvəqqəti olaraq həbsdən buraxıla bilər.

AZƏRTAC İspaniya mətbuatına istinadən xəbər verir ki, martın 19-da 40 yaşlı veteran müdafiəçinin işi üzrə məhkəmə keçiriləcək. Məhkəmədə tanınmış futbolçunun müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətinə baxılacaq. Müraciət qəbul olunarsa, D.Alves müəyyən müddətə həbsdən çıxa bilər.

Qeyd edək ki, Dani Alves 2022-ci ilin sonlarında Barselona şəhərində yerləşən gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb. O, 4,5 il müddətinə azadlıqdan məhrum edilib.