Abşeronun Novxanı qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzBaku.info Report-a istinadən xəbərinə görə, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadın və onun dörd yaşlı övladı Cavadov Salman Ucal oğlunu yolu keçmək istəyərkən avtomobil vurub.
Nəticədə S. Cavadov ağır xəsarət alıb. O, 1 Saylı Tibbi Kliniki Mərkəzə yerləşdirilib.
Hadisə zamanı ağır xəsarət almış qadın isə ölüb.