Ərdoğan iyulda 4 ölkəyə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulda Qazaxıstan, Azərbaycan, ABŞ və Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər etməyi planlaşdırır.
Türkiyə liderinin xarici səfərləri iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçiriləcəyi Astana şəhəri ilə başlayacaq.
Türkiyə Prezidenti daha sonra Azərbaycana səfər edəcək, burada Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin qeyri-rəsmi Zirvə toplantısının iştirakçıları ilə görüşlər keçirəcək.
Türkiyə liderinin iyulun 9-11-də NATO sammitinin keçiriləcəyi ABŞ-a səfəri də planlaşdırılır. Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüş də daxil olmaqla bir sıra təmasları nəzərdə tutulub.
Nəhayət, iyulun 20-də Prezident Ərdoğan Türk Silahlı Qüvvələrinin Kiprdəki sülhməramlı əməliyyatının 50-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərin keçiriləcəyi Lefkoşada olacaq.
Nəhayət, iyulun 20-də Prezident Ərdoğan Türk Silahlı Qüvvələrinin Kiprdəki sülhməramlı əməliyyatının 50-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərin keçiriləcəyi Lefkoşada olacaq.