Argentina dəmir yolu sahəsində fövqəladə vəziyyət elan edəcək

 

Argentina hökuməti dəmir yolu sahəsində şəbəkənin və qatarların pis vəziyyətdə olması səbəbindən fövqəladə vəziyyət elan edəcək.

Bu barədə prezident administrasiyasının rəsmi nümayəndəsi Manuel Adorni bildirib.

Onun sözlərinə görə, Milli Nəqliyyatı Tənzimləmə Komissiyasının aprelin sonunda dərc olunan hesabatına uyğun olaraq dəmir yolunda fövqəladə vəziyyət elan ediləcək.

"Bizim tamamilə dağıdılmış dəmir yolu şəbəkəmiz var", - Adorni bildirib. Rəsmi nümayəndə qeyd edib ki, ötən ilin dekabrında yeni hökumət işə başlayanda dəmir yolu sektorunda borclar 100 milyon dollardan bir qədər çox olub.