Bakıda qəribə nişanlar – Biri deyir, düz get, o biri deyir, sağa dön - FOTO

Eyni kəsişmə yerinə istiqaməti bildirən fərqli nişanlar quraşdırmaq olmaz

Paytaxtın İzmir küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində təşkil olunmuş yol nişanları arasında olan ziddiyət sürücüləri çaş-baş salıb. Avtosfer.az xəbər verir ki, İzmir küçəsinin sağ tərəfində 4.1.1 - düzünə hərəkəti bildirən məcburi hərəkət istiqaməti nişanı quraşdırılmasına baxmayaraq asfaltda onun əksi olan sağa - 1.18 nişanlanması çəkilib. Bu isə sürücülərdə çaşqınlıq yaradır. Yol hərəkətinin təşkilində eyni kəsişmə yerinə istiqaməti bildirən fərqli nişanların quraşdırılması nəzərdə tutulmayıb. Bu cür nöqsanlar dərhal aradan qaldırılmalıdır.