Britaniya və Ukrayna yaxın zamanda təhlükəsizlik sazişi imzalayacaq


Britaniya və Ukrayna yaxın zamanda təhlükəsizlik sazişi imzalayacaqlar.

Azbaku.org xəbər verir ki, bu barədəd “The Telegraph” nəşri məlumat yayıb.

Nəşrin sözlərinə görə, Böyük Britaniya hökuməti saziş çərçivəsində öz dəniz təcrübəsindən istifadə edərək, Kiyevin Qara dənizə nəzarət etməsi üçün kömək edəcək.

Krallıq Ukraynaya hərbi dəniz qüvvələri sahəsində dəstək göstərmək, həmçinin maliyyə yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini təmin etmək niyyətindədir.