ABŞ İranı sosial şəbəkələri blokdan çıxarmağa çağırdı

ABŞ prezidenti Donald Trampın administrasiyası İran hökumətini etirazlar fonunda bağlanan Instagram və digər sosial şəbəkələri açmağa çağırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Associated Press” nəşri yazır.

“Bu sosial şəbəkələr qanuni kommunikasiya vasitələridir”, - Dövlət Departamentinin katibinin müavini Stiven Qoldşteyn bildirib.

O əlavə edib ki, İranda insanların bu saytlara çıxışı olmalıdır.