Şəhid məlumatlarının vikipediyadan silinməsi parlamentdə müzakirə edildi

Şəhid məlumatlarının vikipediyadan silinməsi parlamentdə müzakirə edildi

“Vikipediyada Azərbaycan şəhidləri barədə məlumatlar birdən-birə silinib”.

Bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. 

“23 ildir mövcud olan vikipediyada Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib. Çünki vikipediyanın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır. Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin edilərsə, erməni vikipediyaçılara bu məsələdə də qalib gələ bilərik”, - deyə F.Mustafa bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələrin vikipediyadan silinməsi ciddi narazılıq yaradıb.