"Səni axtarıram" verilişində körpəsinə işgəncə verdiyi görüntülərlə ölkə gündəmini əsas mövzularından birinə çevrilən Könülün əlindən alınan övladının atasından geri qaytarılması üçün Xoşqədəm verilişin vəkili Şəfiqə Nağıyevadan kömək istəyib.
Milli.Az xəbər verir ki, övladına şiddət tətbiq etdiyi üçün ilk gündən Könülü ən çox qınayanlardan olan Şəfiqə Nağıyeva Xoşqədəmin təklifindən imtina edib.
Vəkil xanım bu addımını dəhşətli bir hadisəni xatırladaraq izah edib:
"Xoşqədəm xanım, bu yaxınlarda Bakıda bir yanğın hadisəsi baş verdi. Ata uşağının əzab çəkməsini, onun canının ağrıdığını, yanğından necə qorxduğunu görməmək üçün uşağını sinəsini sıxıb, onunla birgə yanıb".
Vəkilin bu açıqlaması hər kəsi kövrəldib.
Videonu izləmək üçün şəklə klikləyin: