Yaponiyanını Kioto şəhərinin sakini Twitter-də öz fotolarını paylaşıb. 20 yaşı olan qızın çəkisi 16,8 (təxminən 17) kiloqrama qədər düşüb.
Metro.co.uk saytının yazdığına görə, qızı bu həddə öz qohumları gətirib çıxarıb. Son 10 il ərzində babası və nənəsinin yanında qalan qız fiziki zorakılıqlara məruz qalıb, günlərlə ac saxlanılıb.
Hazırda qızın həyatı üçün təhlükə olmasa da, anoreksiyadan əziyyət çəkir. O, öz fotolarını paylaşıb və hamıya çağırış edib ki, əgər həzm sisteminin pozuntularından əziyyət çəkirsinizsə, mütləq həkimə müraciət edin, sonra gec ola bilər.
Qızın öz qohumlarının zorakılıqlarından yaxa qurtarıb xəstəxanaya necə gəlib çıxdığı barədə məlumat verilmir. Xəstəxanaya gələndə qızın çəkisi 16,8 kq olub, həmin vaxt həkimlər onun sağ qalacağına ümid etmirmiş.
Amma qız yavaş-yavaş çəki yığmağa başlayıb və hazırda həyatı üçün təhlükə yoxdur. (Bizim Yol)