Sumqayıtda fəhlə binadan yıxılaraq ölüb

Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

AzBakuşinfo “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində inşa olunan yaşayış binalarının birində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1955 -ci il təvəllüdlü Teyyub Hüseynov fəhlə işlədiyi yaşayış binasından yıxılaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Sumqayıt şəhər morquna təhvil verilib.

Faktla bağlı baş vermiş hadisənin təfərrüatı araşdırılır.