Şükür Astanovun karxanasında ölən şəxsin kimliyi məlum olub.
Xəbər verdiyimiz kimi, İmişli rayon Çaxırlı kəndində yerləşən və "Azəravtoyol" ASC-nin Regional Yol Təmiri İdarəsinin rəisi Şükür Astanova məxsus qum-çınqıl karxanasında ölüm hadisəsi baş verib. Məlumata görə, qohumuna kömək məqsədilə karxanaya gələn şəxsin başına dəmir düşüb. Hadisə nəticəsində həmin şəxs yerindəcə keçinib. Cəsəd təcili olaraq ərazidən uzaqlaşdırılıb və gecə ilə də dəfn edilib. Mərhumun bütün xərclərini də karxananın rəisi Şükür Astanov öz üzərinə götürüb.Qeyd edək ki, Şükür Astanov İmişli RPŞ-nin rəis müavini Habil Ağayevlə qudadır.
Redaksiyamıza daxil olan məlumata görə, karxanada başına dəmir düşərək dünyasını dəyişən və gecəynən Şükür Astanovun təşəbbüsü ilə dəfin edilən şəxsin adı Cəfərov Fəqan Mustafa oğludur.
Məlumata görə, F.Cəfərov İmişli rayon Əlyetməzli kəndindən olsa da, İmişli rayonunda yaşayırmış.
Maraqlısı budur ki,"Azəravtoyol" ASC-nin Regional Yol Təmiri İdarəsinin rəisi Şükür Astanov mərhum F.Cəfərov onun idarəsində işləmədiyi və hadisənin məhz onun idarəsində baş verdiyindən ciddi narahat olub və bu üzdən də mərhumu gizli şəkildə dəfn etdirib və bütün dəfn xərclərini öz üzərinə götürüb.(veteninfo.az)