Oxucuların diqqətinə çatdıraq ki, son zamanlar bəzi kriminal xarakterli hadisələr əsasən azyaşlıların cinsi istismarı ilə bağlıdır. Məsələnin ən dəhşətli tərəfi isə bu tip iyrənç hadisənin valideyinin öz övladına tətbiq etməsdir. Bu həm milli mənəvi dəyərlərə, həm də insanlıq adın cinayətdir. Təəssüf ki, bu dəhşətli cinayətə Tərtər rayonunda illərdir ki, göz yumublar. Məlumat üçün bildirək ki, rayonun Evoğlu kəndinin sakini Şirinov Elnur Feyruz oğlu 14 yaşlı qızını zorlayıb və nəticədə azyaşlı qız hamilə qalıb. Onu da qeyd edək ki, 12 yaşından atasının cinsi zorakarlığına məruz qaln azyaşlının bu üçüncü hamiləliyidir. Mənbənin verdiyi məlumata görə hadisədən hətta Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun belə məlumatı olub. Lakin manyak atanın azyaşlı qızın təhsil aldığı məktəbin direktoru Səbinə Quliyeva və kənd bələdiyyəsinin sədri Məhəmməd Şirinovla əmi oğlu olması illərdir ki, bu tükürpədici hadisənin ört-basdır edilməsinə səbəb olub. Xatırladaq ki, Şirinovlar ailəsi rayonda münaqişəli ailə kimi tanınır. Valideyinlər artıq iki ildir ki, rəsmi qaydada ayrılıblar. Qəribədir ki, Tərtər rayon məhkəməsinin qərarı ilə uşaqlar valideyinlərdən hər hansı birinin himayəsinə verilməyib. 2016-cı ildən bu günə qədər himayəsiz qalan azyaşlının məhz həmin tarixdən cinsi istismara məruz qaldığı müəyyən edilib. Məktəbin direktoru Səbinə Quliyeva valideyinsiz qalan azyaşlıları təhsilə cəlb etmək əvəzinə onların manyak atalarına maddi və intim xidmətinə belə göz yumub. Tərtər Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev dəfələrlə bu məktəbdə olsa da, ya ona hadisə ilə bağlı məlumat verilməyib, ya da şöbə müdiri özünə əlavə problem yaratmamaq üçün hadisələri görməməzlikdən gəlib. Mənbənin məlumatına görə azyaşlı qızlar məktəbə getmək əvəzinə rayonun müxtəlif kəndlərində gündəlik qazanc müqabilində fəhlə işləyiblər. Məsələnin ən maraqlı tərəfi isə dərsə gəlmədən bu uşaqlar necə olub ki, sinifdən-sinifə keçə biliblər. Görəsən məktəb direktorunu bu cür qanunsuzluqlara imza atmağa sövq edən nə olub? Qohumluq təəssübü, yoxsa..? Axı bu insanlıq adın ləkədir. Mənəbnin verdiyi məlumata görə azyaşlının 1-ci hamiləliyi dönəmində məktəb direktoru bu çarəsiz qızın 9-cu sinifdən 10-cu sinifə keçmək istəmədiyini görəsən nədən araşdırmayıb? Dərsə gəlmədiyi halda belə buraxılış imtahanında hamilə olaraq iştirak edən azyaşlı.az sonra ana olub. Görəsən hüquq mühafizə orqanları, rayon icra hakimiyyəti və ən başlıcası isə Təhsil nazirlyi bu məsələdən nəyə görə və ya nəyin xatirinə "məlumatsız" olublar? Yuxarıda qeyd edildyi kimi axı bu cinayətdir, həm də bəşəri cinayət. Dəfələrlə kənddə olan müvafiq qurumlar, o cümlədən yerli icra hakimiyyətinin rəhbərliyi hətta bu ailə ilə də tanışda olublar. Onları evlə təmin etməyə belə söz veriblər. Lakin... Lakin məsələ sözdən o yana keçməyib. Əslində bir azyaşlının taleyinə bu qədər biganəlik bir kəndin, bir elin ölkə miqyasında biabır edilməsidir. Bir dərs ilində iki dəfə hamilə olan bir azyaşlının fiziki halından özünün də qadın olduğu üçün məktəb direktorunun agah olmaması sözün bütün anlamlarında absurddur. Əslində bilib. Mənəbnin verdiyi məlumata görə məktəb direkroru bu biabırçılığı məhz bildiyi üçün azyaşlının 10-cu sinifə keçməsinə özü mane olub. Bəs elə isə nədən hadisədən hüquq - mühafizə orqanlarını rəsmi şəkildə məlumatlandırmayıb? Axı bu onun bilavasitə vəzifə borcudur. Yox əgər məlumatlandırıbsa, bəs nədən hadisəyə zamanında hüquqi qiymət verilməyib? Deməli bu məsələdə araşdırılacaq çoxlu nüanslar var. Dəfələrlə cinsi istismara məruz qalan azyaşlının uşaq dünyaya gətirməsi belə işgəncələrlə müşayət olunub. Manyak ataya bu işdə əmisi oğlu Məhəmməd Şirinovun kömək etdiyi iddia edilir. Xatırladaq ki, hal-hazırda 14 yaşında olan azyaşlı artıq 3 dəfə hamiləlik dövrü yaşayıb. Görəsən manyak ata nədən məktəb direktoru, bələdiyyə sədri, rayon icra hakimiyyətinin başçısı və nəhayət Təhsil naziri üçün illərdir bu qədər dəyərli olub?
Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən şəxslərində mövqelərini dərc edə bilər.
BakuNews.az