Rövnəq Abdullayev Qurban Qurbanovun yeni təyinatı barədə danışdı

AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovla birgə brifinq keçirib.

AzBaku.info Report-a istinadən xəbər verir ki, R.Abdullayev əvvəlcə yeni baş məşqçinin təyinatı məsələsinə toxunub, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

“İclas başa çatdı. Yekdil qərarla Qurban Qurbanov baş məqşçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram”, - deyə AFFA prezidenti vurğulayıb.