Ismayıllıda bu il ali məktəbə qəbul olan 17 yaşlı oğlan göldə boğulub.
Milli.Az bildirir ki, bədbəxt hadisə İsmayıllının Buynuz kəndində baş verib. Rayon mərkəzində yaşayan 17 yaşlı Əsəd Hacıyev dostları ilə birgə göldə çimməyə gedib. Onlar suya girdikdən bir neçə dəqiqə sonra Əsəd huşunu itirib və göldə boğularaq dünyasını dəyişib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əsəd Hacıyev bu il orta məktəbi bitirib və ali məktəbə daxil olubmuş.
Sumqayıtda isə 70-75 yaşlarında kişi dənizdə batıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin dənizdə batması barədə məlumat daxil olduqdan sonra aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kişi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hazırda onun kimliyi müəyyənləşdirilir. Hər iki faktla bağlı araşdırma aparılır. /xezerxeber.az