Dünən gecə saatlarından başlayaraq Bakıda hava qəfil dəyişib. Göy guruldayıb ildırım çaxıb.
BAKU.WS xəbər verir ki, havanın qəfil dəyişməsilə bağlı sosial şəbəkələrdə çox sayda şərhlər yazılıb və müzakirələr səbəb olub.
Qeyd edək ki, havanın qəfil dəyişəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq etmişdi. Bildirilir ki, avqustun 08-i axşam şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Hətta ildırım çaxması Bakıda faciəyə də səbəb olub. Neftçalada çaxan ildırım həyətlərdən birinin üzərindən keçən yüksək gərginlikli elektrik xətti qırılaraq yerə düşüb. Səhər sübhdən bundan xəbərsiz yaşadıqları həyəti süpürən 38 yaşlı Aynurə İman qızı Əzimova yerə düşmüş elektrik xəttinə toxunduğu üçün onu elektrik cərəyanı vuraraq öldürüb.