İsrailin baş naziri Binyamin Netanyahu Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla Azərbaycanın işğal olunmuş torpaqları - Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.
Az.Baku.info oxu .az -a istinadən xəbər verir ki, görüş çərçivəsində Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində səylərindən danışıb.
Qeyd edək ki, İsrailin baş naziri və xarici işlər naziri Binyamin Netanyahunun dəvəti ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan noyabrın 6-7-də İsrailə səfər edib.