Millimiz Qafqaz ölkələrinin yığması ilə qarşılaşacaq

Kişi boksçulardan ibarət Azərbaycan yığması Rusiyaya yollanıb.

Oxu.Az xəbər verir ki, Vaqif Şirinovun rəhbərlik etdiyi milli komanda Kabarda-Balkar Respublikasının (Rusiya) paytaxtı Nalçikdə yoxlama görüşləri keçirəcək.

Boksçularımız üç qarşılaşmada qüvvəsini sınayacaq. Bu döyüşlər fevralın 5-6-na təsadüf edəcək. Rəqiblər Polşa, ev sahiblərinin 19-22 yaşlılardan ibarət komandası və Qafqaz ölkələrinin yığması olacaq.