Bakıda yol qəzası: xəsarət alan var - FOTO + VİDEO

Yol qəzasının təfərrüatları araşdırılır
Bakının Nərimanov rayonunda zəncirvari yol qəzası baş verib. AzBaku.org ONA-ya istinadən məlumatına görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ 2104" markalı minik maşınının sürücüsü hərəkət zamanı ötmə qaydasını pozub və qarşısındakı "Volkswagen" markalı avtomobili sağdan keçmək istəyib. Nəticədə idarəetmədən çıxan "VAZ 2104" markalı avtomobil həm "Volkswagen"ə, həm də yol kənarındakı işıq dirəyinə dəyib. Avtomobillərə dəyən üçüncü nəqliyyat vasitəsi isə arxadan gələn "Opel" markalı minik maşını olub.

Toqquşma nəticəsində "Volkswagen"in sürücüsü xəsarət alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Yol qəzasının təfərrüatları araşdırılır.