Zorge parkının yanında “Mercedes” və “Jiquli” toqquşdu, 2 nəfər yaralandı - FOTO/VİDEO

Bakının Nəsimi rayonunda 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, hadisə Vaqif prospektində, Rixard Zorge adına parkın yaxınlığında baş verib.

“Mercedes” markalı minik avtomobili prospektlə hərəkətdə olarkən qarşısına “VAZ 2107” markalı minik maşını çıxıb.

Nəticədə “Mercedes”-in sürücüsü idarəetməni itirərək “VAZ 2107” ilə toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü Əhmədov Ceyhun Hakim oğlu və 1991-ci il təvəllüdlü Həşimov Ümid Natiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtomobillər cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.