Gədəbəydə zəncirvari qəza: yaralılar var - YENİLƏNİB + VİDEO

Gədəbəy rayonunda dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Zəhmət kənd ərazisində qeydə alınıb.

Gədəbəy rayonu Arıqdam kənd sakini, 1986-cı il təvəllüdlü Firdovsi Məmmədovun idarə etdiyi “Niva” markalı avtomobil əvvəlcə “QAZel” markalı avtomobilə, sonra isə yaxınlıqdakı “VAZ-2107” və “VAZ-21015” markalı avtomobillərə çırpılıb.
Qəza zamanı zərbənin gücündən “QAZel” markalı avtomobil aşıb.

Hadisə zamanı F.Məmmədov xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

09:25

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, hadisə zamanı “Niva”, “QAZel”, “VAZ 2107” və “VAZ 21015” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. “Niva” və “VAZ 21015” deformasiyaya uğrayıb.

Hadisə yerinə təcili tibbi yardım briqadasının həkimləri cəlb olunub.